Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev: Dünyada bir-birinə bu qədər yaxın başqa iki ölkə yoxdur

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahramanla görüşüb.

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, görüş Məclisin Divan Salonunda baş tutub.

Prezident iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bəyan edib.

“Dünyada bir-birinə bu qədər yaxın başqa iki ölkə yoxdur. Bu münasibətlər tarixi köklərlə bağlıdır. Bu gün Türkiyə və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrdə işbirliyi içərisindədir. Bundan sonra da münasibətlər daha sıx olacaq”, – Azərbaycan prezidenti bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...