Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Mynews.az-a verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...