Millət vəkili: "Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir"
Bu gün Azərbaycanla Ermənistan arasında müqayisə edilməyəcək qədər fərq var. Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bunun nəticəsidir ki, hər iki ölkədə keçirilən seçkilər fərqli nəticələr verdi: "Azərbaycanda inkşafa doğru islahatlar aparılır, yeni hökumət formalaşdırıldı, sabitlik daha da möhkəmləndi. Ermənistanda isə seçkilərdən sonra siyasi xaos başladı, insanlar küçələrə axışdı".
T.Rzayev qeyd edib ki, xalqa zülm edən hökmdar uzun müddət vəzifədə qala bilməz: "Serj Sarkisyanın hakimiyyətdən getməsi lap əvvəllər olmalı idi. Sarkisyan hakimiyyəti silah gücünə qoruyub saxlayırdı. Ermənistan xalqı onu istəmirdi, o, təkcə Azərbaycan xalqının deyil, öz xalqının da düşmənidir. O, uzun müddət işğalçılıq siyasəti yeridərək xalqı məhvə məhkum edib. Ermənistan çökmüş və başqa ölkələrdən asılı, ianələrlə dolanan bir respublikadır, özünün heç bir siyasəti yoxdur, ölkədə demokratiya, söz azadlığı yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridir, heç kimin torpaqlarında gözü yoxdu. Azərbaycan Prezidenti düzgün siyasət həyata keçirir, ölkə iqtisadiyyatı inkişaf edir, ölkənin beynəlxalq aləmdə nüfuzu artır və Azərbaycan bütün layihələrə öz imzasını qoyur. Ermənistan isə bütün beynəlxalq layihələrdən kənarda qalıb. Ona görə də Sarkisyan getməli idi".
Deputat bildirib ki, bu, hələ son deyil, Serj Sarkisyanın faciəsi bundan sonra başlayacaq: "Sarkisyan əlini günahsız azərbaycanlıların qanına batırıb və o, tribunal qarşısında cavab verməlidir".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 968 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 936 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 927 dəfə oxunub