Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fərhad Məmmədov: Ermənistan inkişaf üçün Azərbaycana möhtacdır

Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Oxu.Az-a müsahibəsində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə ilk səfəri və iki ölkə liderləri arasında danışıqlar, həmçinin Ermənistandakı siyasi vəziyyət və Yerevanın xaosdan çıxması ilə bağlı danışıb.

Mynews.az həmin müsahibəni təqdim edir:

– Azərbaycanda keçirilən prezident seçkilərində yenidən qalib gələn İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsini necə xarakterizə edirsiniz? 

– Azərbaycan prezidentinin ilk səfərini Türkiyəyə etməsi təsadüfi deyil. 

Türkiyə Azərbaycana ən yaxın və qardaş ölkədir. Görüş zamanı prezident İlham Əliyev bir mühüm məsələni vurğuladı. O dedi ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətinin dünyada analoqu yoxdur. 

Biz qardaşlıq və əməkdaşlıq haqqında danışanda anqlo-saks, slavyan kimi ittifaqları görməyə adət etmişik. Ancaq son 10-15 ildə biz bu ittifaqlar daxilində razılıqlardan daha çox ziddiyyətlər müşahidə edirik. Onlardan fərqli olaraq, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq getdikcə artır.

Əgər 90-cı illərin əvvəllərində türk investisiyası iqtisadi sahənin inkişafı üçün Azərbaycan Respublikasına vacib idisə, bu gün bir çox sahələrdə, xüsusən də energetika, neft-kimya sahələrində, o cümlədən nəhəng limanların tikintisində Azərbaycanın Türkiyədəki investisiyası praktiki həllini tapır. 

Digər tərəfdən, iki qonşu ölkənin iqtisadi layihələrin həyata keçirilməsində münasibətləri çox çətinliklə qurduqlarının şahidi oluruq. Bir çox layihələr reallaşmamış qalır. Maliyyələşdirilmədə problemlər ortaya çıxır. Əksər hallarda bu ölkələrin rəhbərlərinin siyasi iradəsi çatmır. 

Ancaq Azərbaycan və Türkiyə arasında 90-cı illərdən təqdim edilmiş bütün layihələr vaxtında reallaşdırılıb. Buna nəqliyyat, energetika, boru kəməri layihələri və digərləri aiddir. Bu məsələlərlə bağlı konkret qərarlar qəbul edilib və onlar reallaşdırılıb. 

Azərbaycan və Türkiyə prezidentləri arasındakı illik görüşlər nəticəsində ölkələrimiz bir sıra üçtərəfli əməkdaşlıq formatları formalaşdırıb. Buna Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və digərləri aiddir. 

Unutmaq olmaz ki, Türkiyə Azərbaycana sözdə deyil, əməldə qardaşlıq münasibətləri göstərir. Dağlıq Qarabağ məsələsində dəstək, işğalçı Ermənistanla sərhədləri qapatması, Yerevanla diplomatik əlaqələrin olmamasını buna misal kimi göstərmək olar. 

Prezidentlər bu dəfə də strateji cəhətdən gələcək əməkdaşlığa dair mühüm sənədlər imzaladı.  Əməkdaşlığın növbəti mərhələsinin əsas prioritetləri müəyyənləşdirildi. Bu, Azərbaycan üçün çox vacibdir. 

İlham Əliyevin Türkiyəyə bu səfəri və yay aylarında açılması planlaşdırılan TANAP kəməri qarşılıqlı münasibətlərimizdə yeni mərhələ olacaq. 

– Necə düşünürsünüz, hər iki ölkə başçıları görüş zamanı Ermənistanla təkbətək danışıqlar məsələsinə toxunublar?

– Unutmayaq ki, İlham Əliyevin Türkiyəyə səfəri Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşdiyi bir dönəmə təsadüf etdi. Buna görə hadisələrin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşündə müzakirə edilməsi mümkündür. 

Birincisi, hər iki ölkə Ermənistanla qonşudur və ən maraqlısı, Ermənistanın ən uzun sərhədləri Türkiyə və Azərbaycanladır. 

İkincisi, Ermənistan yalan ərazi iddialarına görə Azərbaycana olduğu kimi, Türkiyəyə də təhlükədir. 

– Ermənistandakı daxili siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Serj Sarkisyanın getməsi ölkə üçün hansı perspektivlər açır?

– Ermənistandakı daxili vəziyyətə gəlincə, burada hər şey gözlənilməz oldu. Qarabağ klanının, xüsusən də Robert Koçaryan və Serj Sarkisyanın uzun hakimiyyətindən sonra idarəetmənin müddətini uzatmağa cəhd edildi. Ancaq bütün bunlar etiraz aksiyaları ilə nəticələndi. 

Azərbaycan hər zaman bəyan edib ki, Ermənistan okeana çıxışı olmayan ölkə kimi yaxşı qonşuluq münasibətləri qurmalıdır. Bu gün Azərbaycan belə münasibətlərlə dünya bazarına, dünya okeanına çıxa, geoiqtisadi layihələr həyata keçirə bilir və buna görə hər zaman Ermənistandan bir neçə addım öndə olur. 

Əlbəttə ki, belə şəraitdə Ermənistan yüksək iqtisadi artıma sahib ola bilməz. 

Daha doğrusu, Ermənistana Nobel mükafatçısı və ya ən təmiz hakimiyyət rəhbərlik edə bilər, ancaq Azərbaycanla yaxşı qonşuluq siyasəti olmadan bu ölkə inkişaf edə bilməz. Məsələ burasındadır ki, Ermənistan əsas ticarət tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi Rusiya-Gürcüstan sərhədindəki vəziyyətdən asılıdır. 

İlham Əliyev də hər zaman Ermənistan rəhbərliyinin dövlətimizə qarşı münasibətində irrasionallığını qeyd edib. Biz həmişə Yerevana bildirmişik ki, hazırkı siyasət Ermənistanı uçuruma və suverenliyinin itirilməsinə doğru aparır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...