Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident monteneqrolu həmkarını təbrik edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Monteneqronun yeni seçilmiş prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib.

Mynews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Cukanoviç, 

Monteneqronun prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...