Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputat: Ermənistanın xilası Azərbaycandan asılıdır

Ermənistanda normal hakimiyyət qurulmayınca, Azərbaycan ərazilərinin işğalına son qoyulmayınca, vəziyyət heç zaman düzəlməyəcək. Çünki Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. 

Mynews.az xəbər verir ki, bunu mətbuata açıqlamasında politoloq, millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq etmək üçün Ermənistan mütləq işğal etdiyi Dağlıq Qarabağ regionunu və ətraf rayonları geri qaytarmalıdır. 

“Başqa hər hansı bir variantda Azərbaycan heç vaxt Ermənistanla barışa bilməz və barışmadığı müddətdə bütün layihələrdən kənarda qalacaq, təcrid vəziyyəti davam edəcək.

Onun bütün yükünü erməni xalqı çəkəcək. Erməni xalqı rəhbərlərinə deməlidir ki, biz nə üçün başqasının torpağını işğal altında saxlayırıq.

Serj Sarkisyanın hakimiyyətdən getməsi onun Xocalıda törətdiyi soyqırımına görə cinayət məsuliyyətinə cəlb olunmaq imkanlarını artırır.

Beynəlxalq axtarışa verilərsə, onun Ermənistandan kənara çıxışı mümkün olmayacaq, onun qara günləri başlayacaq”, - deyə deputat mətbuata açıqlamasında qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...