Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ermənistanın yeganə çıxış yolu Qarabağı qaytarmaqdan ibarətdir" - ŞƏRH

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan hazırda parlamentdə çıxış edib.

O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib.Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir: "Biz ölkəmizi qorumaq gücündə olmalıyıq", "Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik", - deyə əlavə edib.

"Ermənistanın yeganə çıxış yolu Qarabağı qaytarmaqdan ibarətdir" - ŞƏRH

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aydın Mirzəzadə qeyd edib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan özünün çıxışlarında hər şey deyib: “Onun dediklərində heç nə yoxdur. Bunlar sadəcə bəyanatlardır. Dağlıq Qarabağ məsələsində bu şəxsin təsəvürünün olmamasının göstəricisidir. Əlbəttə Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bütün təzyiqlərini göstərəcək. Biz demirik həm də edirik. Bu barədə prezident İlham Əliyev də öz mövqeyini dəfələrlə bəyan edib. Nə qədər torpaqlar işğaldan azad edilməyib, Ermənistana hərbi, diplomatik, iqtisadi təzyiqlər edilir. Bundan sonar da ediləcək. Ermənistanın Dağlıq Qarabağ məsələsinin onların xeyirinə həll ediləcəyi ilə bağlı bəyanətı sərsəmləməkdən başqa bir şey deyil. Dağlıq Qarabağ onların torpağı deyil. O bildirməyib ki, Dağlıq Qarabağ onların torpağıdır? Bu gün torpaqları işğaldan azad etmək Ermənistanın yeganə çıxış yoludur. O, hakimiyyətə gələndən sonra əhalisinin sosial durumunun yaxşılaşdırılmasına, pensiyaların qaldırılmasına, yeni iş yerlərinin açılmasına, hərbi ehtiyaclarını ödəməlidir. Bundan əlavə beynəlxalq əlaqələrin gücləndirilməsinə çalışmalıdırlar. O, zaman Dağlıq Qarabağın onlar üçün nə qədər böyük yük olacağını anlayacaqlar”. 

"Ermənistanın yeganə çıxış yolu Qarabağı qaytarmaqdan ibarətdir" - ŞƏRH

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda etirazlara rəhbərlik edən müxalif Yelk fraksiyasının depudatı Nikol Peşinyan Serj Sarkisyan əleyhinə etirazlara rəhbərlik etməsi bir növ onun hakmiyyətə yolunu açıb: “Etirazlar nəticəsində Sarkisyanın baş nazir postundan getməsi də Yerevan küçələrində siyasi ehtirasların azalmasına səbəb olmadı, Nikol Peşinyan etirazlardan ruhlanaraq dahada qabağa gedərək, hakmiyyət iddiasını ortaya qoydu. İndi o baş nazir uğrunda mübarizə aparır. Qeyd edim ki, artıq Ermənistanda etirazlar ikinci mərhələyə keçib. Bu mərhələ artıq Paşinyanın şəxsi hakmiyyəti üçündür. Artıq, Peşinyanın baş nazirliyə iddiası parlamentdə müzakirə olunur. Paşinyanın Qarabağ məsələsində çıxışlarına baxdıqda onun Sarkisyandan fəqlənmədiyi aydın görünür. Hesab edirəm ki, Paşinyanın Qarabağla bağlı Azərbaycana qarşı sərt tonda çıxışları ənənəvi Ermənistan siyasilərinin anoloji siyasətlərinin davamıdır. Ümumiyyətlə Paşinyan bilməlidir ki, onun yıxdığı Sarkisyan məhz xalqın Qarabağa girdabına görə düşdüyü ağır iqtisadi-sosial səbəblərdən dolayıdır. Paşinyan Rusiya siyasətindən uzaqlaşıb, ənənvi tonunu dəyişib Qərblə real olaraq əlaqələri inkişaf etdirib, Azərbaycanla sülh danışıqlarına gəlib əraziləri qaytarmalıdır. Əks təqdirdə isə Ermənistanı xoş gələcək gözləmir. Ümumiyyətlə onun Qarabağ xalqı ifadəsi və müqəddarat ifadəsi danışıqlara indidən balta çalmaq deməkdir. Azərbaycan ilk növbədə Paşinyana cəbhədə işğalçı erməni ordusuna ən ağır zərbəni vurmalıdır ki, Peşinyan hakmiyyət arzusu eyforeyadan ayılıb, Sarkisyanın siyasətini davam etdirməsin”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...