Azərbaycan və San Marino arasında memorandum imzalanıb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Mynews.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər Azərbaycan və San Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edərək, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. Nazir E.Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.
E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında geniş danışaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.
Görüş zamanı nazirlər kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.
Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə San Marino Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.
Siyasət
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
- Prezident xalqa müraciət edir - CANLI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 970 dəfə oxunub
- Emin Ağalarov söz verdi 970 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 968 dəfə oxunub