Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ümumordu iməciliyi keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 5-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi təşkil olunacaq. Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə

Ekoloji mühitin sağlamlaşdırılması və ərazinin abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik vaxtı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün general və sərkərdələrinin, Azərbaycanın Milli Qəhrəmanlarının abidələri və məzarları yerləşən ərazilərdə də abadlıq işləri aparılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...