Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millət vəkilləri 8000 manat maaş alsınlar - TƏKLİF

Deputat Qüdrət Həsənquliyev deputatların maaşlarının 8 min manata qaldırılmasını təklif edib. 

Mynews.az xəbər verir ki, bu barədə o, Milli Məclisin plenar iclasında deputatların maaşlarının artırılması ilə bağlı dəyişikliyin müzakirəsi zamanı deyib. 

O qeyd edib ki, indiki 10 faizlik artım yetərli deyil: 

“Ölkədə iki devalvasiya olub. Deputatlar, hakimlər, Ombudsman başqa fəaliyyət barədə düşünməməlidir. Başqa ölkələrdə maaşlar çoxdur. Ona görə də onlar elə maaş almalıdırlar ki, ailələrini dolandıra bilsinlər. Təklif edirəm ki, baş nazir, Milli Məclisin sədri 10 min, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Spiker Oqtay  Əsədov isə deputatın təklifləri ilə razılaşmayıb. O qeyd edib ki, indi əməkhaqları artırılması nəzərdə tutulan şəxslərlə digər insanların maaşları arasında artımda böyük fərq olmamalıdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...