Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İranın nüvə proqramı Azərbaycan ərazisindən keçəcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya, İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan informasiya ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

BiG.AZ xəbər verir ki, H.Hacıyev “Bəzi kütləvi informasiya vasitələrində guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair informasiya yayılıb. Bu barədə nə deyərdiniz?” sualına belə cavab verib.

“Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...