Putin göstəriş verdi - “Ərazilər mütləq Azərbaycana qaytarılacaq”
“Ermənistanda parlament seçkilərində iştirak edən demək olar ki, bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir”.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan çıxış edib.
Onun sözlərinə görə, seçkidə iştirak edənlər sözdə alternativ siyasətçilər hesab oluna bilərlər: “Lakin əksəriyəti, bəlkə də bütün hamısı ərazilərin Azərbaycana qaytarılması məsələsinə razıdır. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir. Siyasi partiyalar çox şey danışa, nələrsə vurğulaya bilər. Lakin Rusiyadan gələn göstəriş qəbul edilib və əslində, məsələnin gizlədilən tərəfi də budur”.
Muradyan qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın tərəfdaşıdır: “Ermənistan isə daha çox idarə edilən dövlətə çevrilib. Rusiya “broker” kimi fəaliyyət göstərir, lakin faktiki olaraq, Azərbaycanın maraqlarını müdafiə edir. Buna görə də Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də Rusiyadan silah alıcısıdır”.
Erməni politoloq bildirib ki, Ermənistanda siyasi partiyaların Rusiyanın istəyini təmin etməkdən başqa heç bir seçimi yoxdur.
“Bu parlament seçkilərindəki mübarizədə ən mühüm amildir. Ərazilərin Azərbaycana qaytarılması ideyasını Levon Ter-Petrosyan açıq şəkildə irəli sürür. Hansı ki, bu, yeni deyil, hələ 1988-ci ildən etibarən o, vəzifəsinə sadiqdir. Azərbaycana ərazilər qaytarılacaq, hətta Dağlıq Qarabağ rəhbərliyi (işğal edilmiş ərazilərdə yaradılan qondarma “DQR” rejimi-red) də razılaşacaq və deyiləni yerinə yetirəcək. Heç bir əks fikir ola bilməz”, - deyə erməni politoloq qeyd edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 930 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 910 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 902 dəfə oxunub