Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən mayın 7-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb. Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə

Görüş iştirakçılarını general-polkovnik Zakir Həsənovun adından salamlayan nazir müavini Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə,  o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.

Nazir müavini veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək qiymətləndirib.

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və digər qonaqlar ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, Ali Baş Komandana həmişə sadiq olan müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən, Böyük Vətən müharibəsində tarixi Qələbənin 73-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərdən danışıblar.

İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova, İsmayıl Fərəcov və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə ediblər.

Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna mükafatlar təqdim edildikdən sonra xatirə fotosu çəkdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...