Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lütfi Zadə Mehriban Əliyevaya təbrik məktubu göndərib

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin olunması münasibəti ilə təbrik edib.

Mynews.az-ın məlumatına görə, onun məktubunda deyilir:

“Çox hörmətli Mehriban Əliyeva. Sizi Azərbaycanın birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizin təyinatınızdan həqiqətən şadam, çünki Siz son 15 ildə Azərbaycanda və dünyada sülhə və insan haqlarına nail olmaq üçün yorulmadan çalışmısınız. Mən hər zaman Sizin fəaliyyətinizi böyük maraqla izləmişəm. Azərbaycanın inkişafı və rifahı üçün göstərdiyiniz səylərə görə Sizə minnətdaram və bunun üçün çox xoşbəxtəm.

Əminliklə deyə bilərəm ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan parlamentinin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olduğunuz müddətdə humanitar və sosial layihələrə hərtərəfli töhfələrinizlə Siz həm Azərbaycanda, həm də dünyada milyonlarla insanın məhəbbətini və hörmətini qazanmısınız.

Mən Azərbaycan ilə xarici ölkələr arasında sosial və siyasi əlaqələrin yaradılmasındakı möhtəşəm səylərinizi və dünya miqyasında beynəlxalq tədbirlərin keçirilməsindəki rəhbərliyinizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Siz yeni vəzifənizlə bağlı bütün işlərinizdə böyük uğurlar qazanacaqsınız. Sizə böyük uğurlar arzu edirəm və əminəm ki, Sizin bütün səyləriniz Azərbaycanın hərtərəfli inkişafına töhfə verəcək. Azərbaycan mənim doğma vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...