Daxili İşlər Nazirliyində Ulu Öndərin əziz xatirəsi yad edilib
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi bugünlərdə nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük təntənə ilə qeyd olunur.
Gənc əməkdaşların iştirakı ilə bu əlamətdar tarixlə əlaqədar mayın 10-da Daxili İşlər Nazirliyində də tədbir keçirilib.
Bu barədə DİN-dən Mynews.az-a verilən məlumata görə, Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək ulu öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.
Nazir müavini bu dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.
Sonda tədbir iştirakçıları ulu öndərin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və keşməkeşli səhifələrinin yazılmasına şahidlik etmiş möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub