Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident İlham Əliyev Bakıda otel açılışında iştirak edib

Bakıda “Dinamo” otelinin açılış mərasimi keçirilib.

Mynews.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Sonra Azərbaycan prezidenti otelin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...