Deputat maaş fərqindən şikayətləndi
Hesablama Palatasının üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır.
Mynews.az-ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, millət vəkillərinin maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib:
“Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir.
Amma hesab edirəm ki, ədalətsizliyə yol vermək olmaz.
Eyni zamanda, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır və ola da bilməz.
Necə olur ki, Hesablama Palatası MM-in qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır?
Bu, düzgün deyil.
Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 978 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 948 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 938 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 937 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 935 dəfə oxunub