Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Politoloq: Paşinyan Qarabağla bağlı ritorikasını yumşaldacaq

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Yerevanın ilkin şərtsiz Ankara ilə münasibətləri yaxşılaşdırmağa hazır olması barədə bəyanatı yeni deyil, ölkənin sabiq prezidenti Serj Sarkisyan da bu barədə danışmışdı. 

Münasibətlərin yaxşılaşması Türkiyədən çox Ermənistana lazımdır. Ona görə bu, o qədər də ciddi görünmür. 

Mynews.az-ın məlumatına görə, Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib. 

Onun sözlərinə görə, Paşinyanın qarşısında çox vacib tapşırıq qoyulub. O, Ermənistanı iqtisadi böhrandan xilas etməlidir. Xalq buna görə onu seçib. 

“Əgr Paşinyan Qarabağın status-kvosunun dəyişdirilməsi və Türkiyə ilə əlaqələrlə bağlı heç nə etmirsə, hansı iqtisadi islahatlardan söhbət gedə bilər?

Türkiyə öz xarici konsepsiyası olan region nəhəngidir. Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları var. Erməni lobbiləri uzun illərdir “soyqırım” faktını tanıtmaq üçün milyonlar xərcləyir”, - ekspert deyib. 

Paşinyanın Qarabağla bağlı bəyanatlarına gəlincə isə, politoloq bildirib ki, bütün deyilənlər populist çıxışlardır. 

“Bu gün erməni xalqı Sarkisyanının informasiya təzyiqlərinə görə kompromisə getməyə hazır deyil. 

Yeni baş nazir də Sarkisyanın yolunu gedir. O bilir ki, konstruktiv olsa, onu Ter-Petrosyanın aqibəti gözləyir”, - Məmmədov əlavə edib. 

Politoloq deyib ki, müddət keçdikcə Paşinyanın ritorikasında dəyişikliklər olacaq. 

Ekspert Paşinyanın separatist rejiminin Dağlıq Qarabağ danışıqlarında tərəf kimi çıxış etməsi ilə bağlı təklifini də şərh edib. 

“Hansı tərəfdən söhbət gedir? Dağlıq Qarabağda xalqların öz müqəddəratını təyinetmə hüququ ermənilərə aid deyil. 

Bu gün ermənilərin əlində münaqişəni həll etmək üçün yaxşı şans var. Yerevan mərhələli formada Dağlıq Qarabağın ətrafındakı rayonları qaytarmalıdır. 

Paşinyan Bakını konstruktiv mövqe sərgiləməyə çağırır. O nə deyir? BMT və digər beynəxalq təşkilatların qətnamələri var. Bütün dünya və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın torpağı kimi tanıyıb. 

Ermənistanın hərəkətləri isə beynəlxalq hüquq normalarının pozulması deməkdir və Azərbaycana ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatların başlaması haqqını verir.

Müharibə deyil, beynəlxalq hüquq normaları çərçivəsində öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamaq lazımdır”, - ekspert qeyd edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...