Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elbay Qasımzadə: "Heydər Əliyev milli memarlığın inkişafında böyük rol oynayıb"

"Ümummilli Lider Heydər Əliyev milli memarlığın inkişafında böyük rol oynayıb".

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.

E.Qasımzadənin sözlərinə görə, Heydər Əliyev hər zaman Azərbaycan memarlarına böyük dəstək göstərib:

"Hələ 70-ci illərdə sovet rəhbərliyi milli memarlıq anlayışını unutdurmağa çalışırdı. Amma Heydər Əliyev həmin illərdə memarlarımıza öz işlərində milli memarlıq irsindən istifadə etməyi məsləhət görürdü. Bu, bizim şəhərlərimizin memarlıq simasında öz izini qoydu".

E.Qasımzadə əlavə edib ki, Ümummilli Lider Azərbaycanın müstəqilliyi dövründə də milli memarlığa böyük diqqət ayırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...