XİN Türkiyə vətəndaşını bağışlayıb
İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Türkiyə vətəndaşı, Avropa Regionları Komitəsində Avropada Mühafizəkarlar və İslahatçılar qrupunun baş katibi Neva Sadıkoğlu-Novaki Azərbaycanın Belçika Krallığındakı Səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.
XİN-dən Mynews.az-a verilən məlumata görə, məktubunda N.Sadıkoğlu-Novaki təmsil etdiyi qurumun nümayəndəsi kimi Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının (ACRE) 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün Ermənistana səfər etdiyini bildirib.
O, məktubunda yazıb:
“Səfərin tərkib hissəsi olaraq ACRE-nin yerli tərəfdaşları tərəfindən bir sıra mədəni tədbirlər təşkil olunmuşdu. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər günü mən səfərin əsl mahiyyəti barədə aldadıldım.
Mədəni səfər hesab etdiyim gəzinti beynəlxalq hüququn pozulması və niyyətimdən kənar şəkildə mənim Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə getməyimlə nəticələndi.
Mən Ermənistanda yerli tərəfdaşlarımız tərəfindən aldadılmağımıza və Ermənistanın qeyri-qanuni əməlləri ilə bağlı şəxsi qənaətimi təhlükə altına qoyan vəziyyətdə olmağıma görə dərin təəssüf hissi keçirirəm”.
Türkiyə Respublikasının vətəndaşı olaraq ailə məsələlərinə görə hər il Azərbaycana səfər etdiyini və fərdi əsasda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyini dəstəklədiyini qeyd edən müəllif Azərbaycan ərazisinə daxil olmaq hüququnu niyyətli şəkildə təhlükə altına qoymazdı deyə yazıb.
O, bu məktubu rəsmi üzrxahlıq kimi qəbul etməyi xahiş edib və ümidvarlığını ifadə edib ki, bu vəziyyət onun Azərbaycana səfər etmək üçün viza müraciətlərinə təsir etməyəcək.
Neva Sadıkoğlu-Novakinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısına salınmaması barədə qərar qəbul edilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 941 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 914 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 906 dəfə oxunub