Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağadadaş Kərimov ermənilərə xidmət edir - Söyün Sadıqovdan ŞOK AÇIQLAMA

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqovanın təşkilatın Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu erməni ilə qohum olduğuna görə dəstəklədiyi barədə məlumat vermişdik.

Bununla bağlı İnterpress.az-a danışan “AzərRos”un sabiq prezidenti Söyün Sadıqov bəzi ilginc detalları açıqlayıb.

O bildirib ki, Kərimov hər zaman ermənilərlə yaxınlıq edib. S.Sadıqov Kərimovu vaxtilə “Azərros”dan qovduğunu bildirib: “Hamı bilir ki, A.Kərimovun həyat yoldaşı ermənidir. Kərimovun, eyni zamanda, öz qohumları azərbaycanlıdır. Amma biz yaxşı bilirik ki, Ağadadaş hər zaman arvad tərəfə yıxılıb – erməni qohumlarına tərəf. O, həmişə erməni qohumlarına yaxın olub, nəinki, azərbaycanlı qohumlarına. Mən onu 2000-ci ildə “AzərRos”dan qovmuşdum. Millətə qarşı arzuolunmaz münasibət bəslədiyinə görə onu uzaqlaşdırmışdım. Amma o, Azərbaycan Milli-Mədəni Muxtariyyətin Moskva Regional bölməsində qaldı. Çünki qanuna görə, mənim ixtiyarım yox idi ki, onu regionaldan da uzaqlaşdırım. Regionaldan onu yalnız təşkilatın üzvləri etiraz edib istefasını tələb edə bilərdilər. Ona görə də, onun ətrafındakıların da kimlər olduğu bəlli idi. Onlar da 5-10 nəfər idilər”. 

“Görünür ki, Kərimov anti-Azərbaycan kampaniyasının sifarişli təşkilatçılarındandır”

S.Sadıqovun sözlərinə görə, A.Kərimov anti-Azərbaycan kampaniyasının sifarişli təşkilatçılarındandır: “Birincisi, onun qızının erməniyə ərə getməsi məsələsi birbaşa olaraq evdəki tərbiyədən aslıdır. İndi gedib, Allah xoşbəxt eləsin. Amma Kərimovun Qarabağ haqqında, işğal olunmuş Azərbaycan torpaqları haqqında fikirləri onun kimliyindən xəbər verir. Bu torpaq Azərbaycan xalqının torpağıdır. Onun “Qarabağı getsin, qarabağlılar qorusun” deməsi nə deməkdir? Bu, anti-azərbaycançılıq ideologiyasının tərtibatıdır. Bu, bir təxribatdır. O qədər azərbaycanlı oğlanlar var ki, Qarabağda vuruşub canlarından keçiblər. Görünür ki, Kərimov anti-Azərbaycan kampaniyasının sifarişli təşkilatçılarındandır. Bu, onun axmaqlığıdır. İndi onun qızı erməniyə ərə gedib, bu, bir ayıb. Növbəti ayıb isə odur ki, o, Azərbaycanda ayrıseçkilik, bölücülük yaratmağa cəhd göstərir. Bu fikirlə bu adam necə Azərbaycan diasporunun fəaliyyəti ilə məşğuldur. Sənin arvadın yevrey də ola bilər, başqa millətlərdən də ola bilər. Amma axı sənin damarlarında azərbaycanlı qanı axır. Buna görə də, o, etdiyi əməllərlə öz axmaqlığını sübut etdi və iç üzünü açdı”. 

“Konkret olaraq, A. Kərimov ermənilərə xidmət edir”

“AzərRos”un sabiq prezidenti A.Kərimovun ermənilərə xidmət etdiyini vurğulayıb: “Siz bilirsiniz ki, mən sədr olanda Ağadadaş kimilərin səsi çıxmırdı və çıxa da bilməzdi. Mənim sədrlik dövrümdə heç kəsin Azərbaycan dövlətinə, xalqına və Qarabağa qarşı mənfi fikirləri səsləndirməsi mümkün deyildi. A.Kərimovun Azərbaycan əleyhinə fikirlər səsləndirməsi xalqımıza qarşı atılmış bir oyundur. O, bununla sübut etdi ki, hansı orqanlara işləyir və kimin sifarişi ilə çalışır. O, sübut etdi ki, ermənilərə işləyir. Konkret olaraq, A. Kərimov ermənilərə xidmət edir. Bir məsələni də qeyd edim. "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının üzvü, “Azərros”un Moskva vilayət təşkilatının sədri Qalib Ağayev Azərbaycan xalqı və dövləti üçün Moskvada çox böyük işlər görmüşdü. Amma onu A.Kərimov şərləyərək tutdurdu”.

“Rusiyada hər kəs bilir ki, o mənim katibəm olub”

S.Sadıqov Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqovanın təşkilatın Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu erməni ilə qohum olduğuna görə dəstəkləməsinə münasibət bildirib. O bildirib ki, Sadıqovanın bu məsələyə yanaşması da düzgün deyil: “Mehriban Sadıqovanın da A.Kərimova münasibətini öyrənəndə çox təəssüf etdim. Görünür ki, bu qadın hələ ki, cəmiyyətin lideri kimi formalaşmayıb. Onun bu məsələyə yanaşması da düzgün deyil, təbii ki. Amma özünəməxsusdur. Ümumiyyətlə, bir məsələni qeyd edim. M.Sadıqovanın “AzərRos”da prezident “seçilməsinə” həmin zaman Rusiyada böyük nüfuz və vəzifə sahibi olan Valodiyev Vçslav və Moqemedselim Moqemedov kömək etdi. Mehriban əvvəllər mənim yanımda işləyirdi. Rusiyada hər kəs bilir ki, o mənim katibəm olub. Təbii ki, əziyyət çəkib və zəhməti var. Amma bir lider kimi bişməyib. Çünki bir kəs diaspor sahəsində lider olmaq istəyirsə, çox şeyi tərk etməlidir və işinin öhdəsindən gəlməyi bacarmalıdır. Diaspor sahəsində qadının lider olması normaldır, mən buna bir söz demirəm. Amma bu iş daha çox bacarıq tələb edir. Kimin lider olmasından aslı olmayaraq, bacarıqlı, mübarizəkar, yorulmaz olmalıdır”.

“Təşkilatın üzvləri Ağadadaşla bağlı ciddi addımlar atmalıdır”

Sabiq sədr hesab edir ki, M.Sadıqova işinin öhdəsindən gələ bilmədiyi üçün istefa verməlidir. Onun sözlərinə görə, qadın sədr ola bilər, amma əsas odur ki, işini bacara bilən olsun: “Düşünürəm ki, M.Sadıqova işinin öhdəsindən gələ bilmir. Onun yerinə daha çox regionlardakı diaspor sədrlərindən seçilsəydi daha yaxşı olardı. Çünki, Rusiya kimi bir yerdə qadının diaspor sahəsində liderlik etməsi mümkün deyil. Diaspora rəhbərlik edən şəxs bütün regionlara getməlidir, hər şeylə maraqlanmalıdır, təbliğat aparmalı və onun hörməti və nüfuzu olmalıdır. Sadıqova isə Dərbənddən başqa hələ ki, heç yerə getməyib. Ona görə də, bu işin öhdəsindən gəlmək qadın xeylağı üçün çətindir. 24 saat bu işlə məşğul olmalıdır. Təəssüf edirəm ki, M.Sadıqova bütün bunlara göz yumaraq A.Kərimovu dəstəkləyir. Ona görə də hesab edirəm ki, təşkilatın üzvləri Ağadadaşla bağlı ciddi addımlar atmalıdır. Onun istefasını təlb etməlidir. Ayağa qalxmalıdırlar və öz etirazlarını bildirməyi bacarmalıdırlar”.

Qeyd edək ki, M.Sadıqova qızını erməniyə ərə verən azərbaycanlı sədrin fikirlərinə haqq qazandırıb. O, Kərimovun erməni ilə quda olmasına görə heç bir cinayət xarakaterli davranış nümayiş etdirmədiyini qeyd edərək erməni qudaya da xeyir-dua diləyib: “Düşünürəm ki, kimsə A.Kərimovun yerinə göz dikib deyə, onun vəzifəsindən kənarlaşdırılmasına cəhd göstərir. Buradan demək istəyirəm ki, kimin kimə ərə getməsi jurnalistlərin müzakirə edəcəyi mövzu deyil. Bu nikah mərasimi, eyni zamanda, Azərbaycan dövlətinin, hakimiyyətinin və xalqınında müzakirə mövzusuna çevrilməməlidir. A.Kərimov qızını erməniyə ərə verib, lap əcəb edib. Mən sevənlərin arasına müdaxilə etməyə qarşıyam. Sevgi azaddır. Heç kəs sevgiyə qarşı olmamalıdır. Bununla yanaşı, erməni və Azərbaycan xalqı arasında düşmənçilik olmamalıdır. Biz ermənilərlə yenidən barışıb bir masa ətrafında oturmalıyıq. Yenidən xeyir və şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki biz tarixən mehriban xalq olaraq yaşamışıq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...