"Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır"
"2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənistan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılıb".
Mynews.az xəbər verir ki, bunu APA-ya Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: "Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır".
Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin sözçüsü Tiqran Balayan Ermənistanın həmsədr ölkələrin təklifləri əsasında ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə sadiq qaldığını bildirib: "Bunun üçün 2016-cı ilin aprel hadisələrindən sonra əldə edilmiş razılaşmaları həyata keçirmək lazımdır".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub