Deputat: Beynəlxalq hüquq artıq güclərin yedəyində gedir
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir sıra üzvlərə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya tətbiq etməsi ilə bağlı geniş müzakirələrə başlayıb.
Mynews.az xəbər verir ki, çıxış edən deputat Fəzail İbrahimli qeyd edib ki, beynəlxalq hüquq artıq güclərin yedəyində gedir.
“AŞPA-nın son qərarı da məhz bu yedəyin bir göstəricisidir. Səməd Seyidov niyə hədəf seçildi? Çünki ilk öncə Azərbaycan nümayəndə heyətinin rəhbəri idi. İkincisi də, onun bir çox şəxsi müsbət keyfiyyətləri var idi ki, onu qəbul etmək istəmirdilər. Çünki AŞPA-dakılar qarşılarında zavallı, yazıq, gücsüz görkəmdə olan insanların dayanmasını istəyirlər. Səməd Seyidov isə belə insan deyildi. Ona görə birbaşa hədəf seçildi”.
Deputat Sahibə Qafarova son qərarı Azərbaycana qarşı qara piar kampaniyasının tərkib hissəsi adlandırıb:
“Bu qərarlar heç bir nəticə verməyəcək. Biz bu qərarları qəbul etmirik. Bu, AŞPA-nın əslində öz missiyasına ziddir”.
Spiker Oqtay Əsədov isə bunları deyib:
“Görürəm ki, hamınız eyni nota köklənmisiniz. Mətbuata baxırsan ki, bəzi “vətənpərvərlər” bundan bayraq kimi istifadə edirlər. İki il əvvəl AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular.
Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, dayanın, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə yenə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək”.
Spikerin son sözləri millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 931 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 911 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 903 dəfə oxunub