Deputatlara əlavə səlahiyyət verilsin - TƏKLİF
Parlamentdə “Hesablama Palatası haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Mynews.az xəbər verir ki, çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, sənədin I oxunuşda təsdiqindən sonra keçən beş ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib:
“Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericilik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşı mübarizə ilə bağlıdır.
Müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklifini verib:
“Mən də belə hesab edirəm ki, bu Palatanın səlahiyyətləri artırılmalıdır”.
Millət vəkili Musa Quliyev deputatlara Hesablama Palatası qarşısında məsələ qaldırmaqla bağlı hüququn verilməsini təklif edib:
“Çünki müəyyən problemlər, narahatlıqlarla bağlı deputatlara müəyyən siqnallar daxil olur. Ona görə həmin problemlərlə, narahatlıqlarla bağlı deputatlara Hesablama Palatası qarşısında məsələ qaldırmaq hüququ, səlahiyyəti verilməlidir. Əgər belə hüquq verilərsə, bəzi problemləri vaxtında və yerində həll etmək olar”.
Qanun layihəsi II oxunuşda səsə qoyularaq qəbul edilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 948 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 920 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 912 dəfə oxunub