Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.

Mynews.az-ın xəbərinə görə, Azərbaycan prezidenti Kubada baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə dövlət başçısı məktubunda bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...