Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Aİ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir"

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, bu münaqişə bütün regionun inkişafına maneə törədir:

"Avropa İttifaqı qitənin ən iri siyasi strukturu olaraq münaqişənin dinc yolla həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən bu münaqişəyə beynəlxalq norma və prinsiplərə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şəffaf, ədalətli və düzgün yanaşma gözləyir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...