Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“İnsan hüquqları” aylığı keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə ölkəmizdə “İnsan hüquqları” aylığı keçirilir. Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu aylıq çərçivəsində Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulmasının qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, “dəyirmi masa”lar, kitab sərgisi, müsabiqələr, xüsusi dərslər, əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər keçiriləcək.

Bu tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...