Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dövlət büdcəsi Milli Məclisin gündəmində

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasının gündəliyinə üç məsələ daxil edilib.

Mynews.az-ın xəbərinə görə, bunlar “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, o cümlədən, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

Hər üç sənəd ölkə prezidenti İlham Əliyev tərəfindən parlamentə təqdim edilib.

“2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 16 milyard 516 milyon, xərclər hissəsinin isə 17 milyard 594 milyon manat təsdiq edilməsi təklif olunur.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gələn həftəyə qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...