Ramiz Həsənov kollektivə təqdim olunub
Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, Xarici İşlər Nazirliyinin (XİN) idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Bu barədə Mynews.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
İclasda xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir Elmar Məmmədyarov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-nin qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.
İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd olunub.
Qeyd edək ki, xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb.
Siyasət
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
- Prezident xalqa müraciət edir - CANLI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1099 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1084 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1084 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1032 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1024 dəfə oxunub