Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vuçiç azərbaycanlıları Serbiyada hotel tikməyə çağırdı

Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr qənaətbəxş deyil.

Mynews.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan-Serbiya işgüzar forumunda çıxışı zamanı bildirib.

A.Vuçiçin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr siyasi münasibətlər kimi daha yüksək səviyyədə olmalıdır.

“Bunu şərtləndirən bir çox amillər var. Dünən Azərbaycanla Serbiya arasında strateji əməkdaşlıqla bağlı bir neçə sahədə müqavilə imzalandı. Ümid edirəm bu, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək”, - deyə A.Vuçiç qeyd edib.

Son üç il ərzində Serbiyanın büdcəsinin profisitlə icra olunduğunu vurğulayan prezident bu il ölkə vətəndaşlarının əməkhaqlarının artırıldığını da qeyd edib.

Serbiya prezidenti Azərbaycan iş adamlarını ölkəsinə investisiya qoymağa çağırıb və ölkəsinə investisiya yatıran sərmayədarlara ayrıca güzəştlər ediləcəyini vurğulayıb.

“Serbiyada istənilən sahəyə investisiya yatıra bilərsiniz. İnvestisiyanın həcminə görə, investorlara 15-20% güzəşt ediləcək. Azərbaycanlı iş adamlarını daşınmaz əmlak, hotel biznesi və s. investisiya qoymağa çağırıram.

Sərmayədarlara dövlət tərəfindən vergi güzəştləri ediləcək, subsidiyalar veriləcək”, - deyə Serbiya prezidenti əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...