Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələrinin ucaldılması təklif edilir
Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar. Sənəddə çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.
Y.Mahmudov qeyd edib ki, hələ BDU-nun Tarix fakültəsinin dekanı olan zaman Heydər Əliyev çox böyük tarixçi heyəti toplayaraq "Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası (ADR) kimi yayılıb" deyə bildirdi. Biz məsələni araşdırdıq. Dəfələrlə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə görüşdük, sənədlərlə tanış olduq və daha sonra Heydər Əliyevə məlumat verdik. O, bütün materiallarla tanış oldu və göstəriş verdi ki, dövlət İstiqlal Bəyannaməsində olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti adlandırılsın".
Y.Mahmudov bildirib ki, Cümhuriyyət parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil: "Cümhuriyyət dövründə parlamentçilik tariximiz 1918-ci il mayın 27-dən başlayır. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin müsəlman fraksiyası əsasında Azərbaycan Milli Şurası (Azərbaycan parlamenti) formalaşıb. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul edib".
Akademik deyib ki, "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələri ucaldıla bilər: "Abidənin mərkəzində Nuru paşanın, onun sağında Səməd bəy Mehmandarovun, solunda isə Əliağa Şıxlinskinin heykəllərini təsəvvür edirəm. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanmasını istəyirik".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 972 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 940 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 930 dəfə oxunub