Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Azərbaycan kimi güclü qardaşımızın olmağından şərəf duyuruq” - SƏFİR

“Osmanı imperatorluğu 1918-ci ildə ölüm-qalım mücadiləsində idi. Amma Osmanlı dövləti azərbaycanlı qardaşlarından gələn yardım çağırışını geri çevirmədi. Qısa müddətdə Qafqaz-İslam ordusu toparlanaraq Azərbaycana gəldi. Ordu Bakını işğaldan azad etməklə ən böyük zəfərini qazandı. Bu zəfər Azərbaycanın azadlığının, bugünkü sərhədlərinə qovuşmasının yolunu açdı”.

Mynews.az  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: “Türkiyə kənarında ən böyük şəhidlik və şəhid məzarlığımızın olduğu ölkə Azərbaycandır. 1130 şəhidimiz Azərbaycanın hər bölgəsində dəfn olunub. Hansı tərəfə gedirsiniz, gedin, hər gün yeni məzar tapılmaqdadır. Bunun bir səbəbi var, Azərbaycan bizim də vətənimizdir. Necə ki, Anadolu, Türkiyə sizin vətəninizdir. Bizlər dünyada Azərbaycan kimi güclü qardaşımızın olmağından qürur hissi keçiririk, şərəf duyuruq. Biz bir yerdə daha güclüyük, bir yerdə daha irəlilərə gedirik”./apa/

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...