"Heç vaxt ərazi bütövlüyümüzdən və suverenliyimizdən imtina etməyəcəyik"
Azərbaycan heç vaxt öz suverenliyindən və ərazi bütövlüyündən imtina etməyəcək.
Mynews.az report-a istiadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində ADR-in 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edərkən bildirib.
XİN başçısı xatırladıb ki, SSRİ-nin süqutundan sonra Azərbaycan yenidən çətinliklərlə, ilk növbədə, etnik təmizləmə, ermənilər tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə üzləşib.
Onun sözlərinə görə, bununla belə, Azərbaycan "Əsrin müqaviləsi"nin imzalanmasından və ölkəyə xarici kapitalın axınından sonra ayağa qalxamğı bacarıb, ölkədə iqtisadiyyat, təhsil inkişaf etməyə başlayıb, əhalinin həyat səviyyəsi yüksəlib.
"Əsas problemimiz Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal edilməsidir. Azərbaycan mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır və torpaqlarımızın işğaldan azad olunmasından sonra əlaqələr yaratmağa hazırıq. Amma biz heç vaxt öz suverenliyimizdən və ərazi bütövlüyümüzdən imtina etməyəcəyik", - E.Məmmədyarov deyib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub