Yol Polisinin rəhbərliyi Milli Məclisə çağırıldı
Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun bugünkü iclasında "Yol Hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə
Milli Məclisdə Dövlət Yol Polisin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi üçün məsələ qaldırılıb.
"Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da bir çox nəzərə çarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”.
Deputat Tahir Kərimli isə dəfələrlə milliət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib.
"Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, "Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir”.
Komitə sədri Əli Hüseynli söz verib ki, Baş Dövlət Yol Polisin rəhbərliyinin iştirakı ilə belə bir müzakirə keçriləcək.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 953 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 911 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 901 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 901 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 598 dəfə oxunub