Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ordumuzun ermənilərdən yüksəklik azad etməsi xəbəri ilə bağlı - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi mətbuatda daha bir yüksəkliyin Azərbaycan tərəfindən azad edilməsi ilə bağlı informasiya gedib. Belə ki, iddialara görə düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən azad edilib. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Bununla bağlı Big.az saytı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik bu xəbərə şərh verməkdən imtina edib: "Əgər belə bir hadisə olsaydı ilk olaraq Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayardı".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...