Mehriban Əliyeva: AXC-də qadına hörmət, tolerantlıq dəyərləri öz əksini tapdı
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Mynews.az-ın xəbərinə görə, məktubu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.
Mehriban Əliyevə təbrik məktubunda vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlətçiliyin bütün atributları təsis edilib:
“Azərbaycan Xalq Cümhuriyyətində qadına hörmət, tolerantlıq və başqa bir çox dəyərlər öz əksini tapdı. O vaxt öz dövrünü qabaqlayan olduqca mütərəqqi qərarlar verildi. Qadınlar kişilərlə birgə seçmək və seçilmək hüququ əldə etdilər.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq, cümhuriyyətin süqutundan sonra da Azərbaycanda qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi.
Azərbaycan qadınları özləri üçün yeni peşələr və fəaliyyət sahələri öyrəndilər. Ölkədə ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi.
Müasir Azərbaycan özünü təsdiq edən və dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 930 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 570 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 568 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 568 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 562 dəfə oxunub