Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər Naxçıvanda azad edilən mövqelərimizi çəkdi - "Kənddə çaxnaşmadır" (FOTOLAR)

Ermənistan müdafiə nazirliyi Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətindəAzərbaycan tərəfindən yüksəkliklərin azad edilməsinə münasibət bildirib.

"Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində bildirib ki, Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub. 

"Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar", - deyə Tumanyan öz "Facebook" səhifəsində yazıb. 

Nəticədə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan açıqlama verməyə məcbur olub. 

Erməni jurnalistin "Bəs yeni mövqelərin peyda olduğu doğrudur?" sualına Hovhannisyan bu şəkildə cavab verib: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".

Qeyd edək ki, bu barədə daha öncə erməni hərbi jurnalist, “Hetq” internet nəşrinin baş redaktoru Edik Baqdasaryan da açıqlama vermişdi. 

"Paşinyanın seçiminin niyə məhz Artak Davtyanın üzərində dayandığına təəccüblənirəm. Davtyanın Müdafiə Nazrliyinin 5-cü ordu korpusunun komandanı kimi xidməti böyük bir uğursuzluqdur. Hətta daha öncə onun korpus komandanı vəzifəsinə təyin edilməsi də anlaşılmazlıq yaradır. Ermənistan ordusunun 5-ci korpusunun cavabdehliyi zonasında yerləşən Naxçıvanla sərhəddə baş verənlər də Davtyanın uğursuz fəaliyyətinin nəticəsidir və məhz bunun sayəsində Azərbaycan ordusu öz mövqelərini irəli çəkə və böyük əraziləri nəzarət altına ala bildi", - deyə Baqdasaryan qeyd edirdi. //Ordu.az


Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...