Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Dəniz Kuboku-2018” müsabiqəsinin təşkilat komitəsinin görüşü keçirilib

İyunun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Beynəlxalq Ordu Oyunları çərçivəsində Bakıda keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq üzrə təşkilat komitəsinin ilk görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a bildiriblər ki, hərbi dənizçilər arasında yarışların yüksək səviyyədə keçirilməsi məqsədilə müdafiə nazirinin əmrinə əsasən yaradılmış təşkilat komitəsinin üzvləri gəmilərin və dəniz infrastrukturunun hazırlığı ilə bağlı məsələləri müzakirə edib və aidiyyəti üzrə tapşırıqlar verilib.

Bu ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...