Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan proqramını açıqladı - Nələr var?

Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq.

Mynews.az xəbər verir ki, proqramla bağlı fikirlərini açıqlayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, orada yeni heç nə yoxdur:

"Məsələn, proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir", "Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır", "Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər", "Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq", "Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək".

Proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Üstəgəl, proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vacibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb.

Bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sarqsyanın proqramında da olub. Guya Serj Sarqsyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sarqsyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...