Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına dair konfrans keçirilib - FOTOLAR

İyunun 5-də Tbilisidə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mynews.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Beynəlxalq və Strateji Araşdırmalar üzrə Gürcüstan Fondu (Rondeli Fondu) və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, elmi-tədqiqat mərkəzlərinin, yerli KİV və hökumət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər üçtərəfli əməkdaşlığın perspektivlərindən, üç ölkənin iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıblar. Bu layihələrin təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, Avropa və Asiya ölkələrinin inkişafında da mühüm rol oynadığı qeyd olunub.

Çıxışlarda regional inkişaf baxımından Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının vacibliyi vurğulanıb, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP və TAP layihələrinin enerji təhlükəsizliyindəki rolundan danışılıb, Bakı-Tbilisi-Qars dəmir yolunun Qərblə Şərq arasında əsas körpü rolu oynadığı qeyd edilib. Həmçinin konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunub.

Konfransın panel iclaslarında bölgənin iqtisadi inkişafı, qlobal və regional güclərin maraqlarının kəsişməsi fonunda üçtərəfli əməkdaşlığın vacibliyi və regional inteqrasiyanı gücləndirən əsas faktorlar, region dövlətlərinin ortaq və fərdi maraqlar kontekstində Qərblə əlaqələrinin intensivləşməsi və bu proseslərdə sözügedən ölkələrin yeri və roluna dair bir sıra məsələlər müzakirə edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...