Kəlbəcərli girovlarla bağlı Avropa Məhkəməsinə videogörüntü göndərilib
Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müvafiq sənədlər göndərilib.
Mynews.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Avropa Məhkəməsi ilə kommunikasiya işləri gedir:
“Bizdə olan sənədlərlə öz münasibətimizi bildirəcəyik. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların qəbulunun şahidi olacağıq”.
Anar Bağırov qeyd edib ki, Azərbaycan vətəndaşlarının qanunsuz həbsinə son qoyulmalıdır:
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülən zamanı işgəncə verilməsi ilə bağlı videogörüntü və səbəblər Avropa Məhkəməsinə təqdim edilib”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 560 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub