Bakıda hərbi parada hazırlıq başladı
Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı iyunun 26-sı hərbi parad keçiriləcək.
Mynews.az xəbər verir ki, bununla bağlı artıq hazırlıqlar başlayıb.
Belə ki, şəhərin müxtəlif yerlərində paradda nümayiş olunacaq helikopterlər hərəkət edir.
Əvvəlki illərdə olduğu kimi bu il də hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş olunacağı gözlənilir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə ilk hərbi hissənin təsis edildiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.
Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 962 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 922 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 913 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 912 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 909 dəfə oxunub