Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Avronest” nümayəndə heyətinin tərkibi dəyişdirildi

Azərbaycanın “Avronest” Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Mynews.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılıblar.

Onların əvəzinə deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev və Azər Kərimli Azərbaycanın “Avronest” PA-dakı nümayəndə heyətinin üzvü seçiliblər.

Xatırladaq ki, “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri də yenidən seçilib və bir neçə gün öncə bu vəzifə deputat Sahibə Qafarovaya həvalə edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...