ABŞ-da AXC-lə bağlı bəyannamə imzalandı
Oklahoma ştatının qubernatoru Meri Fallin (Mary Fallin) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bəyannamə imzalayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mynews.az-a verilən məlumata görə, Bəyannamədə 1917-ci il Rus inqilabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Xalq Cümhuriyyətini qurduğu bildirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet Birliyi dağıldıqdan sonra 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.
Bu dövrdə Azərbaycan qadınların rolu və hüquqlarına əhəmiyyət verərək bir sıra inzibati dəyişikliklər etdiyini və Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etdiyi qeyd olunub.
Azərbaycan 1992-ci ilin martın 2-də Birləşmiş Millətlər Təşkilatına 168-ci üzvü olaraq qəbul edilib və 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququnu qazanıb.
Sənəddə 2001-ci il 11 sentyabr tarixindən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu vurğulanıb. Həmçinin Azərbaycan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsi ilə iqtisadi, neft, təbii qaz və kənd təsərrüfatı sahəsində tərəfdaşı olaraq vurğulanıb.
2018-ci ildə Azərbaycan və Oklahoma ştatı arasında Dövlət Tərəfdaşlıq Proqramının 15-ci ildönümünün, eləcə də Milli Mühafizə üzrə Dövlət Tərəfdaşlıq Proqramının 25-ci ildönümünün qeyd olunduğu bildirilib.
Sonda qubernator Fallin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Oklahoma ştatında Azərbaycan Milli Günü elan edib.
Qeyd edək ki, bəyannamə iyunun 5-də ABŞ paytaxtı Vaşinqton şəhərində yerləşən “Endryu Melon Auditorium”da 100 illik yubiley münasibətilə keçirilən tədbirdə Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub