Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan absurd fikirləri ilə münaqişənin nizamlanması prosesini yubatmaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir

Mynews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, N.Paşinyan bununla qondarma rejimi tanıtdırmağa cəhd edir:

"Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər. Ona görə də Paşinyan vaxt udmaq istəyir".

Millət vəkilinin sözlərinə görə, N.Paşinyan bilir ki, danışıqlar prosesində qondarma rejimin iştirakı təklifini Azərbaycan heç vaxt qəbul etməyəcək və proses bir az da uzana bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...