Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Lavrovla bağlı nə demişəmsə, sözümün arxasında dayanıram” - Vaqif Aydınoğlu - VİDEO

ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu haqqında yazılan xəbərlərə münasibət bildirib

 
Turkustan.info xəbər verir ki, V.Aydınoğlu Ölkə.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsinə dair mövqeyini kəskin tənqid edən süjetdən sonra təzyiqə məruz qalması barədə xəbərlər həqiqəti əks etdirmir.

“Mənə qarşı heç bir təzyiq yoxdur. Nə etmişik ki, təzyiq də olsun? “Həftə sonu” müəllif proqramıdır və orada hansı fikirləri səsləndirmişəmsə, arxasında dayanıram. Bu bizim əvvəlcə vətəndaş, sonra isə peşə borcumuzdur. Azərbaycanın milli maraqlarına uzanan dilə qarşı fikirlərimizi bildirmişik və dediyim kimi, bu, bizim əvvəlcə vətəndaş, sonra isə peşə borcumuzdur”.

Xatırladaq ki, mətbuatda gedən xəbərlərdə V.Aydınoğlunun sözügedən süjetdən sonra təzyiqə məruz qaldığı qeyd edilirdi.

V.Aydınoğlunun şərhinə buradan baxmaq olar

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...