Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyanın xanımından xalqa qəribə müraciət…

Ermənistanın baş naziri Paşinyanın həyat yoldaşı Anna Akopyan xalqa müraciət edib.

O, öz Facebook səhifəsi vasitəsi ilə soydaşlarına üz tutaraq artıq evlərini sosial cəhətdən az təmin olunmuş ailələrə verməyə çağırıb.

“Mən hər gün minlərlə şikayətlər alıram. Ölkə ərazisində boş qalan çoxlu sayda ev var. Onların sahibləri könüllü qaydada bu evləri bir müddətlik sosial səviyyəsi aşağı olan insanlara  versələr dövlətə də, insanlara da kömək etmiş olarlar”,- deyə o bildirib.

Anna Akopyan bu vəziyyətin müvəqqəti davam edəcəyinə zəmanət verdiyini də qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...