Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərbi parada hazırlıqlar davam edir - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri davam edir.

Mynews.az xəbər verir ki, şəhərin müxtəlif yerlərində paradda nümayiş olunacaq helikopter və təyyarələr hərəkət edir.

Əvvəlki illərdə olduğu kimi, bu il də hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikalarının nümayiş olunacağı gözlənilir.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə ilk hərbi hissənin təsis edildiyi gün –  26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...