Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan yeni hərbi helikopterlər əldə edib

Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib.

Mynews.az-ın verdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.

“Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”,- deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, 26 iyun keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq.

“Bizim həmçinin nümayiş olunmayacaq silahlarımız da var. Çünki həmin silahlar hələ ki, sınaqdan keçirilməyib”, - deyə o əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...