Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zakir Həsənov hərbi poliqonda - FOTO

İyunun 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, “Mexanikləşdirilmiş taqım hücumda” mövzu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq kursantlar taqım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

Sonra Müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib. 

Təlim məşqlərin sonunda general-polkovnik Z.Həsənov poliqona dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

 

 

 

 



 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...